XƏBƏR LENTİ
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



Mariya Stadnik “Poland Open” turnirinin finalında
İdman 16:10 / 10.06.2021
Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open” turniri davam edir. Yarışın üçüncü günündə qadın güləşçilər xalça üzərinə çıxıblar. Azərbaycanın ən titullu qadın güləşçisi Maria Stadnikdə 50 kq çəki dərəcəsinə mübarizəyə qoşulub. Qadın güləşçimiz əvvəlcə Emiliya Alina Vuk (Rumıniya), daha sonra isə Erin Qolstona (ABŞ) qalib gəlib. Yarımfinalda rusiyalı Mariya Tiumerekovanı məğlub edən M.Stadnik finala vəsiqə qazanıb. Güləşçimiz axşam seansında qızıl medal uğrunda görüşə çıxacaq. Mariya Stadnik Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıb.

35081 oxunub

InvestAZ