Superkubok oyunları 2029-cu ilə qədər Səudiyyə Ərəbistanında olacaq
İdman 11:42 / 08.06.2021
İspaniya Superkuboku 2029-cu ilə qədər Səudiyyə Ərəbistanında keçiriləcək. İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubales və Asiya ölkəsi arasında əməkdaşlığın davamı barədə razılıq əldə olunub. Bunadək olan anlaşma 2026-cı ilədək nəzərdə tutulmuşdu. Tərəflər əməkdaşlığı daha üç il davam etdirəcək.
Bu müddətdə RFEF 240 milyondan 320 milyon avroya qədər qazanacaq. Bu, müqavilə tam həyata keçiriləcəyi halda mümkün olacaq.
41507 oxunub