XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Daha 4 cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
İdman 10:44 / 08.06.2021
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir. Bu gün yarışda kişilər və qadınlar arasında daha dörd çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. Komandamız isə yalnız kişilərin mübarizəsində yarışacaq. Təmsilçilərimiz 73 kq, 81 kq çəki ərəcəsində tatamı üzərinə çıxacaqlar. 73 kq çəki dərəcəsində çıxış edəcək təmsilçilərimizdən Hidayət Heydərov 1/32 finalda mozambikli Ayton Siquirlə, Nurlan Osmanov isə isveçli Tommi Masiasla üz-üzə gələcək.
81 kq çəkidə yer alan Zelim Tçkayev isə yarışa 1/64 finaldan başlayacaq. O, qabonlu Terense Kuamba ilə qarşılaşacaq. Bu çəki dərəcəsində qüvvəsini sınayacaq Murad Fətiyev isə mübarizəyə 1/32 finaldan başlayacaq. O, ilk görüşünü yeni zelandiyalı Elliott Konnolliyə qarşı keçirəcək.
Qeyd edək ki, dünya çempionatında iştirak edən komandamızın aktivində hələ ki, bir bvürünc medal var. Yeganə medalı komandamıza çempionatın ilk günündə çıxış edən Kəramət Hüseynov (60 kq) qazandırıb.

43215 oxunub

InvestAZ