XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Sərbəst güləşçilərimiz yeni sınaq qarşısında
İdman 20:15 / 07.06.2021
Sabah Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open” turniri start götürəcək.
Reytinq xarakterli yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar. Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaqlar.
Yarışın proqramına əsasən, iyunun 8-də H.Əliyev və Ş.Şərifov, ertəsi gün isə H.Hacıyev mübarizəyə start verəcəklər. Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.

30743 oxunub

InvestAZ