XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Voleybolçularımız qrup mərhələsini sonuncu pillədə başa vurdu
İdman 15:24 / 07.06.2021
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasının qrup mərhələsində son görüşünü keçirib. A qrupunda mübarizə aparan yığmamız Rumıniya millisi ilə üz-üzə gəlib. Hər üç hissə rəqibin xeyrinə yekunlaşıb - 0:3 (24:26, 12:25, 25:27). Beləliklə, gənclərdən təşkil olunan komandamız Qızıl Avropa Liqasında mübarizəni xalsız başa vurub.
A qrupunun sonuncu matçında Fransa və İspaniya komandaları qarşılaşacaqlar. Onlar qrup liderini müəyyənləşdirəcəklər. İkinci dövrəyə ev sahibliyi edən fransızlar 10, rəqibləri 12 xala malikdir. İspanlara birinci olmaq üçün 2 set də kifayət edəcək. Fransızlar uduzarsa, Rumıniya 11 xalla ikinci pillədə qərarlaşacaq.
Qeyd edək ki, Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparır. İki dövrədən ibarət olan oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. B qrupunun iştirakçısı olan Bolqarıstan yığması finala vəsiqə qazanan komandalar arasında yer tutmazsa, o, həlledici mərhələyə qrup birinciləri ilə birgə ev sahibi kimi qatılacaq.

28731 oxunub

InvestAZ