XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Meksikalı pilot Bakıda növbəti dəfə birinci oldu
İdman 18:42 / 06.06.2021
İyunun 6-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisi "Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb. S.Peres Bakı şəhər halqasında 51 dövrəni hamıdan (1:44.703) başa vuraraq podiumda birinci pillənin sahibi olub. İkinci yeri "Aston Martin” komandasının almaniyalı sürücüsü Sebastian Fettel (1:45.138) qərarlaşıb. "AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli (1:45.588) isə yarışı üçüncü sırada tamamlayıb.
Qalib idmançının və komandanın şərəfinə Meksikanın və Avstriyanın dövlət himnləri səsləndirilib.
Beləliklə, bu qələbə sayəsində Serxio Peres Formula 1 üzrə dünya çempionatında pilotların mübarizəsində iki pillə irəliləyək 69 xalla üçüncü sırada qərarlaşıb. Ümumilikdə çempionata 105 xalla onun komanda yoldaşı Maks Ferstappen liderlik edir. "M
Bakı Qran-Prisində qələbə sayəsində "Red Bull Racing Honda” komandası ikinci sıradakı "Mercedes” ilə xal fərqini 26-ya çatdırıb. Hazırda bu komandanın 174 xalı var. "Ferrari” isə 94 xalla üçüncü sırada qərarlaşıb.

29930 oxunub

InvestAZ