XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Formula 1 Azərbaycan 5-ci qayıdışı
İdman 18:10 / 06.06.2021
Formula 1 Azərbaycan Qran-Prisi beşinci dəfə günəşli Bakı küçələrinə qayıdır. Asfalt сəngavərləri Bakı şəhər halqasını "alovlandırmazdan” əvvəl, bütün komandalar və tədbirin qonaqları himn üçün ayağa qalxacaqlar. Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanacaq. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanır.
Builki Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni Vətən müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndiriləcək. Himn səsləndirilən zaman trek üzərində dayanan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını tutacaqlar. Onlar Bakıda keçirilən beşinci Formula 1 yarışını simvolizə edən və barış işarəsini əks etdirən "V” formasında dayanacaqlar.
Qeyd etmək lazımdır ki, bu mərasim üçün yaradılan himnin xüsusi versiyası tanınmış Azərbaycan bəstəkarı və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanıb. Azərbaycan Respublikasının Dövlət Himninin bu tərtibatı Konstitusiya ilə dəqiq müəyyənləşdirilmiş formada təqdim olunur.

28340 oxunub

InvestAZ