“AlphaTauri” tam heyətlə çıxış edir
İdman 13:29 / 06.06.2021
Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turu "AlphaTauri” komandası üçün uğurlu olub. Komandanın pilotları Pyer Qasli sıralanma turunu 4-cü, Yuki Tsunda isə 8-ci sırada tamamlayıblar.
"McLaren”in pilotu Lando Norrisə cərimə xalları verildiyi üçün Y.Tsunda Azərbaycan Qran-Prisinə 7-ci sıradan başlayacaq. Qeyd edək ki, "AlphaTauri” cari mövsüm ilk dəfə tam heyətlə sıralanma turunda sonadək mübarizə aparıb.
47504 oxunub