XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Dünya çempionatı: ilk gündə 4 cüdoçumuz tatami üzərinə çıxacaq
İdman 12:03 / 06.06.2021
Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib. Olimpiada ərəfəsində təşkil olunan yarışda 118 ölkədən 665 (387 kişi, 278 qadın) cüdoçu mübarizə aparır. Çempionatda ölkəmiz 12 (9 kişi, 3 qdın) cüdoçu ilə təmsil olunur.
İlk yarış günündə komandamızın 4 üzvü tatami üzərinə çıxacaq. Kişilər 60 kq, qadınlar 48 kq çəki dərəcəsində hərəyə iki cüdoçu ilə təmsil olunacaqlar. Kişilərin yarışında 60 kq çəki qüvvəsini sınayacaq Davud Məmmədsoy 1/32 finalda Romarik Vend-Yam Buda (Fransa) ilə qarşılaşacaq. Bu çəki dərəcəsində mübarizə aparacaq digər çüdoçumuz Kəramət Hüseynov isə 1/32 finalda Mohammad Raşnonezad (İJF) ilə qarşılaşacaq.
Qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) 1/16 finalda Sabina Gilyazova (RJF) ilə üz-üzə gələcək. Bu çəki dərəcəsində çıxış edəcək Aişə Qurbanlı isə ilk görüşdə ispaniyalı Julia Fiqueroa ilə qarşılaşacaq.
Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.

30224 oxunub

InvestAZ