XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Boksçularımızdan Tokio-2020-yə növbəti lisenziya
İdman 11:20 / 06.06.2021
Boks üzrə Azərbaycan milli komandası Tokio Yay Olimpiya Oyunlarına üçüncü lisenziyanı qazanıb.
Yığmamızın heyətində Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyevin (63 kq) ardınca Alfonso Dominqes (81 kiloqram) də bu uğura imza atıb.
Avropa Oyunlarının qalibi Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yarımfinala yüksəlməklə Tokio-2020-də iştirak etmək hüququna sahib olub. O, dörddəbir finalda İmam Xatayevi (Rusiya) məğlub edib.
Onun yarımfinalda rəqibi Qazimaqomed Jalidov (İspaniya) olacaq. Döyüş iyunun 7-nə təsadüf edəcək.
Qeyd edək ki, iyunun 4-də start götürən yarış ayın 8-də başa çatacaq.

28595 oxunub

InvestAZ