XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Boksçumuz Avropa Olimpiya Təsnifat Turnirinə qələbə ilə başladı
İdman 21:43 / 04.06.2021
Daha bir boksçumuz Fransada keçirilən yarışda rinqə çıxıb. Bu, 81 kq çəki dərəcəsində mübarizə aparan Alfonso Dominqesdir. Təmsilçimiz Tokio-2020-yə vəsiqə uğrunda ilk görüşündə Avropa Oyunlarının qalibi Stefan Hrekullə (Ukrayna) qarşılaşıb. Boksçumuz 1/8 final çərçivəsində 5:0 (29:28, 30:27, 30:27, 30:25, 30:27) hesabı ilə qələbə qazanıb.​

O, 1/4 finalda rusiyalı İmam Xatayevlə üz-üzə gələcək. Döyüş sabah keçiriləcək. Bu çəki dərəcəsində ən güclü 6 boksçu Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.​

Bu gün həmçinin qadın boksçumuz da rinqə çıxıb.​ 57 kq ​ çəki dərəcəsində mübarizə aparan boksçumuz Məhsəti Həmzəyeva Avropa Olimpiya Təsnifat Turnirində ilk görüşünü türkiyəli idmançıya qarşı keçirib. Təmsilçimiz 1/8 final çərçivəsində Aycan Güldağına məğlub olub. ​

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 5 boksçumuz çıxışını davam etdirir. Onlardan Tayfur Əliyev (57 kq) Olimpiadaya vəsiqəyə sahib olub.

30593 oxunub

InvestAZ