XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Dünyanın ən bahalı futbolçuları
İdman 13:27 / 28.03.2019

"KPMG Football Benchmark” idman nəşri dünyanın ən bahalı 30 futbolçusunun adını açıqlayıb. 30 nəfərlik siyahıda ən bahalı futbolçu braziliyalı hücumçu Neymar olub. Fransanın "Paris Sen-Jermen” futbol klubunda çıxış edən 27 yaşlı hücumçunun transfer dəyəri 229,1 milyon avrodur. İkinci pillədə "Paris Sen-Jermen”in digər futbolçusu, 215 milyon avro dəyərində Kilian Mbappe qərarlaşıb. İspaniyanın "Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi 203,3 milyon avro ilə siyahıda üçüncüdür. "Liverpul”un misirli hücumçusu Məhəmməd Salah (168,3 milyon avro) dördüncü, "Tottenhem”ın hücumçusu Harri Keyn (151,1 milyon avro) beşincidir. İlk onluğu müvafiq olaraq, "Çelsi”nin hücumçusu Eden Hazard (148,2), "Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne (129,4), "Atletiko Madrid”in hücumçusu Antuan Qrizman (125,6), "Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba (119,3) və "Barselona”nın yarımmüdafiəçisi Filipe Koutinyo (118,2) tamamlayıblar.
"Yuventus”un portuqaliyalı futbolçusu 34 yaşlı Kriştianu Ronaldo ilk onluqda yer ala bilməyib.


41662 oxunub

InvestAZ