XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsi qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər
İdman 21:21 / 04.06.2021

Təhsil naziri Emin Əmrullayev və Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə arasında görüş olub.​

Görüş zamanı tərəflər arasında son illər daha da aktivləşən əməkdaşlığın davam etdirilməsi xüsusilə vurğulanıb.​ ​

Emin Əmrullayev​ uğurlu əməkdaşlığın nəticəsi olaraq birgə layihələrin hazırlanması və icrasında Təhsil Nazirliyinin maraqlı olduğunu bildirib və əlavə edib ki, görülən işlərə dəstək olmaq nazirliyin əsas fəaliyyət istiqamətlərindən biridir.​

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə isə öz növbəsində Təhsil Nazirliyi ilə 2010-cu ildən başlayan aktiv əməkdaşlığın 2019-cu ildə nəinki ölkə, hətta Avropa səviyyəli Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ilə başa çatmasının ölkə əhəmiyyətli uğur olduğunu bildirib.

Görüşdə tərəflər qarşılıqlı əməkdaşlıqdan irəli gələn bir sıra vacib məsələləri müzakirə ediblər.


37229 oxunub

InvestAZ