XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempionlar Liqasında iştirak edəcək klubumuzun adına aydınlıq gəldi
İdman 18:17 / 04.06.2021
Azərbaycan Futzal Federasiyasının (AFF) İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
İclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.
İK-nın iclasında pandemiya səbəbindən ötən il martın 14-dən ölkədə idman zallarının fəaliyyətinə qadağanın tətbiq edilməsi və buna görə futzal üzrə Yüksək Liqanın 2020/2021-ci il mövsümünün keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək klub müəyyənləşib.
Qərara əsasən, UEFA Çempionlar Liqasının 2021/2022-ci il mövsümündə ölkəni "Araz” klubu təmsil edəcək.
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin mayın 31-də keçirilmiş iclasında növbəti mövsüm futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək klubun müəyyənləşdirilməsi AFF-yə tapşırılıb.

29250 oxunub

InvestAZ