XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Formula 1 Azərbaycan Qran-Prisi: Maks Ferstappen liderdir
İdman 14:20 / 04.06.2021
Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başa çatıb. Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. "Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, "Ferrari” komandasında Karlos Sayns, Çarls Lekler, "Williams”ın heyətində Corc Russell və Nikolas Latifi yarışıblar. "Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, "Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, "Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparıblar. Bundan başqa, "Alfa Romeo”nun heyətində Antonio Covinatsi və Kimi Raykonnen, "McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak ediblər. Pilotlar Mik Şumaxer və Nikita Mazepin "Haas”, Sebastian Fettel və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyurlar.
Yürüş iştirakçıları 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar.
Birinci sərbəst yürüşü "Red Bull Racing”in pilotu Maks Ferstappen lider kimi tamamlayıb. "Ferrari”nin üzvləri Şarl Lekler ikinci, Karlos Sayns isə üçüncü olublar.
İyunun 5-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. Ertəsi gün isə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.

40796 oxunub

InvestAZ