Formula 2: estoniyalı pilotdan uğurlu çıxış
İdman 12:00 / 04.06.2021
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində iyunun 4-də keçirilən Formula 2 üzrə birinci sərbəst yürüşə yekun vurulub.
45 dəqiqə davam edən yarışda "Hitech Grand Prix” komandasının estoniyalı pilotu Jüri Vips bütün rəqiblərini üstələyərək birinci olub.
"Campos” komandasından Ralf Boşunq sərbəst yürüşü ikinci, "Art Grand Prix”un sürücüsü Theo Pourçaire isə üçüncü yerdə başa vurublar.
28525 oxunub