XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Rolan Qarros”un liderləri koronavirusa görə yarışdan kənarlaşdırılıblar
İdman 13:48 / 03.06.2021
ATP-nin reytinqində birinci və ikinci pillələrdə qərarlaşan Xorvatiya tennisçiləri Mate Paviç və Nikola Mektiç koronavirus testinin müsbət çıxması səbəbi ilə Açıq Fransa Çempionatının iştirakçısı siyahısından kənarlaşdırılıblar. Bu barədə turnirin rəsmi saytı məlumat verib.
"Təhlükəsizlik protokoluna uyğun olaraq, cütlük turnir cədvəlindən çıxarılıb. Hər iki oyunçu karantində olacaq. Turnirin əvvəlindən 2446 test keçirilib. Bu, turnirdə koronavirusun aşkar edilməsinin ilk halıdır”, - deyə bəyanatda bildirilib. Əsas setdə tennisçiləri ispaniyalı idmançılar Pedro Martinez-Portero və Pablo Anduxar əvəz ediblər.
Xatırladaq ki, 2020-ci ildə "Rolan Qarros”un qaliblərini almaniyalı tennisçiləri Kevin Kravits və Andreas Mis olub.

28977 oxunub

InvestAZ