XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Emre Bələzoğlu "Fənərbağça"dan getdi
İdman 12:26 / 03.06.2021
Türkiyənin "Fənərbağça" futbol klubu baş məşqçi Emre Belözoğlu ilə yollarını ayırıb.
Bununla bağlı hər iki tərəf açıqlama yayıb. Onlar birgə çalışdıqları müddətdə əməkdaşlıqdan razılıq ifadə ediblər. Anlaşmanın qarşılıqlı razılıq əsasında pozulduğu bildirilir.
Qeyri-rəsmi iddialara görə, klub rəhbərliyə əcnəbi baş məşqçi gətirmək istəyib və Emreyə onun köməkçisi vəzifəsini təklif edib, 41 yaşlı mütəxəssis isə təkliflə razılaşmayıb.
Qeyd edək ki, Emre "Fənərbağça"da futbolçu və idman direktoru kimi də çalışıb. O, Türkiyə Super Liqasının son 10 turunda komandanın sükanı arxasında olub və "sarı-lacivərdlilər"i bürünc medalçı edib.

30562 oxunub

InvestAZ