XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



İdmana həsr olunan daha bir monoqrafiya işıq üzü görüb
İdman 16:41 / 02.06.2021
Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin müəllifliyi ilə qələmə aldıqları "Azərbaycanın qadın idmançıları” adlı monoqrafiya işıq üzü görüb. Oxuculara təqdim olunan monoqrafiya XX yüzillikdə və XXI əsrin birinci yarısında Azərbaycanda qadın idmançılarının həyatı və göstərdikləri idman nailiyyətləri barədə ensiklopedik məlumat toplusudur. Monoqrafiyada Azərbaycanda dövlətin bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğı, qadınlar arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafı (1920-2020-ci illər), ADBTİA-da idmançı qadın kadrların hazırlanması yolları, Azərbaycanın qadın idmançılarının Olimpiya oyunlarında, dünya, Avropa çempionatlarında və beynəlxalq yarışlarda göstərdikləri nailiyyətlər konkret faktlarla işıqlandırılıb.
Monoqrafiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti, doktorantlar, magistrlər, orta və ali məktəb müəllimlərinin, şagird və tələbələri, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Monoqrafiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi şurasının "13” dekabr 2019-cu il tarixli iclasında (protokol № 2 ) müzakirə edilərək bəyənilib və nəşri məqsədəuyğun sayılıb.
Monoqrafiya müəlliflərin şəxsi vəsaiti hesabına çap olunub.

39386 oxunub

InvestAZ