XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



3 gündə 3 transfer
İdman 17:09 / 02.06.2021
İspaniyanın "Barselona" klubu növbəti transferini həyata keçirib. Kataloniya təmsilçisi son iki mövsümü "Betis" klubunda forma geyinən Emerson Royalı yenidən heyətinə cəlb edib. Futbolçu son iki ili icarə əsasında Sevilya təmsilçisinin heyətində çıxış edib. Klub braziliyalı oyunçunu geri qaytarmaq hüququndan yararlanıb. 22 yaşlı futbolçu ilə 2024-cü ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2019-cu ildə ölkəsinin "Atletiko Mineyro" klubundan "Barselona"ya keçən Emerson Royal həmin il icarəyə verilib.

Xatırladaq ki, bu, "Barselona” klubunun son üç gündə ardıcıl üçüncü transferidir. Katalonlar buna qədər daha əvvəl İngiltərənin "Mançester Siti" klubundan Serxio Aquero və Erik Qarsiyanı heyətinə qatmışdı. Klub "Lyon”dan Memfis Depay və "Liverpul”da çıxış edən GeorginyoViyjnaldumu da transfer etməyə çox yaxındır. Qarşıdakı günlərdə bu transferlərin də həyata keçiriləcəyi gözlənilir. "Barselona” klubu artıq Memfis Depay üçün anons videosunu da hazırlayıb.

44337 oxunub

InvestAZ