İdman 12:20 / 02.06.2021
"Lakers” basketbol klubunun hücumçusu Lebron Ceyms karyerasında ilk dəfə olaraq NBA-nın pley-off mərhələsində iki ardıcıl məğlubiyyətlə üzləşib.Onun komandası seriyanın dördüncü və beşinci oyunlarında "Finiks”ə uduzub. "Sanz” ilə beşinci görüş isə L.Ceyms üçün ilk raundda karyerasının 72-ci qarşılaşması olub.Beləliklə, 36 yaşlı amerikalı üçün ardıcıl olaraq iki məğlubiyyət olmadan ilk raundun 71matçından ibarət seriya yarıda qalıb. Bildirək ki,bu göstərici 1975-ci ildən, liqanın seriyanın formatına 4 qələbəyə keçməsindən sonra NBA-da rekord göstəricidir.