XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“İdman tibbi və reabilitasiya” proqramına start verilib
İdman 17:18 / 07.02.2019


Ölkəmizdə fəaliyyət göstərən həkim və həkim-rezidentlər üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ingilis dilində tədris olunan "İdman tibbi və reabilitasiya” magistr proqramı üzrə 2019-2020-ci tədris ili üçün qəbul prosesinə start verib.
Magistratura imtahanlarının birinci mərhələsində iştirak etmək üçün fevralın 11-dək Dövlət İmtahan Mərkəzinin saytında (http://eservices.dim.gov.az/erizemag/erize/?frm=egov) qeydiyyatdan keçmək lazımdır. Qəbul imtahanının ilk mərhələsində kifayət qədər bal toplayan namizədlər ikinci mərhələdə Akademiyada müsahibədən keçəcəklər.
"İdman tibbi və reabilitasiya” magistr proqramı dünyaya 29 Nobel laureatı bəxş edən Böyük Britaniyanın London Kollec Universitetinin (UCL) İdman Tibbi İnstitutu ilə birgə tərtib olunub. Proqrama Beynəlxalq Boks Assosiasiyasının (AIBA) Tibbi Komissiyasının sədri, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin idman tibbi bölməsinin vitse-prezidenti, boks üzrə Britaniya milli Olimpiya yığmasının tibb direktoru Maykl Pol Luzmor rəhbərlik edir.
"İdman tibbi və reabilitasiya” magistr proqramını bitirən məzunlar milli yığma komandalar, idman federasiyaları, klubları və reabilitasiya mərkəzlərində çalışmaq imkanı qazanacaqlar.
Magistr proqramı üzrə ətraflı məlumat almaq üçün 012 564 73 88 telefon nömrəsi və [email protected] email ünvanı vasitəsilə əlaqə saxlamaq lazımdır.


32050 oxunub

InvestAZ