XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



UEFA Konfrans Liqası: mərhələ keçənlər daha çox qazanacaqlar
İdman 19:00 / 01.06.2021
UEFA Konfrans Liqasında təsnifat mərhələləri üçün mükafatın məbləği açıqlanıb. Belə ki, I təsnifat mərhələsində uduzanlar 150 min avro, II təsnifat mərhələsində uduzanlar isə 350 min avro əldə edəcək.
III təsnifat mərhələsində məğlub olanlara 550 min avro, pley-offda yenilənlərə isə 750 min avro veriləcək.Üstəlik, klubların hər biri hansısa təsnifat mərhələsinə qatılması qarşılığında əlavə 100 min avro əldə edəcək.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən "Qarabağ", "Keşlə" və "Sumqayıt" mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu isə o deməkdir ki, hər üç komanda ilk görüşdə uduzsa, büdcəsinə 450 min avro əlavə edəcək.
Daha əvvəl Konfrans Liqasının qrup və daha sonrakı mərhələlərinin mükafat fondu açıqlanıb.
Xatırladaq ki, klublar ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində 240 min avro qazanıb.

40518 oxunub

InvestAZ