Jurnalistlər COVİD-19 testi verəcəklər
İdman 18:14 / 01.06.2021
Bakıda təşkil olunacaq Formula 1 yarışını işıqlandıracaq media nümayəndələri koronavirus testindən keçiriləcək. Bu barədə "Olimpiya dünyası” qəzetinə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, media nümayəndələri akkreditasiya vəsiqələrini götürməzdən əvvəl koronavirus testindən keçiriləcək. Test BŞH-in dəstəyi ilə həyata keçiriləcək.
39558 oxunub