XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Ölkəmizdə badmintonla bağlı proqramın tətbiqinə başlanılıb
İdman 12:02 / 31.05.2021
Azərbaycan Badminton Federasiyası ilə Dünya Badminton Federasiyasının birgə əməkdaşlığının nəticəsi olaraq "BWF Membership Grants” layihəsi çərçivəsində ilk dəfə ölkəmizdə "Shuttle Time” proqramının tətbiqinə start verilib.
İlk olaraq Lənkəranda proqram çərçivəsində idman müəllimləri üçün 4 günlük təlimlər keçirilib. Təlim iştirakçıları badmintonun nəzəri və praktik biliklərinə yiyələniblər. Qarşıdakı günlərdə Qusar (1-4 iyun), Bakı (8-11 iyun), Sumqayıt (15-18 iyun) və Gəncədə (22-25 iyun) də "Shuttle Time” proqramı təşkil olunacaq.
Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır.
"Shuttle Time” proqramı Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

29639 oxunub

InvestAZ