XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Teymur Rəcəbov ilk görüşünü heç-heçə başa vurdu
İdman 11:40 / 31.05.2021
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da həlledici mərhələyə start verilib.
Qrossmeysterimiz Teymur Rəcəbov 3-cü yer uğrunda görüşdə İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə üz-üzə gəlir.
İlk oyun günündə 4 partiyanın hamısı heç-heçə ilə yekunlaşıb - 2:2. Cavab görüşləri bu gün keçiriləcək.
Turnirin qalibi adı uğrunda M.Karlsenin ABŞ şahmatçısı Uesli So ilə görüşü də heç-heçə ilə başa çatıb.
"The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində "bitcoin” təşkil edir.
"Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

44776 oxunub

InvestAZ