XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



İqor Ponomaryov "Sabah”ın idman direktoru təyin edildi
İdman 17:07 / 29.05.2021
"Sabah”da yeni təyinat olub. Paytaxt təmsilçisinin Müşahidə Şurasının üzvü olan İqor Ponomaryov klubun idman direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989) olan İ.Ponomaryov 2018-ci ildən "Sabah” FK-nın Müşahidə Şurasının üzvüdür.

Futbolçu karyerasının böyük hissəsini "Neftçi”də keçirən sabiq yarımmüdafiəçi, SSRİ-nin gənclər

yığmasının üzvü olub, 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan yığmanın heyətində yer alıb. Ponomaryov SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb. Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyəti ilə məşğul olan mütəxəssis, İsveçin "Sirianska”, Rusiyanın "Maşuk” klublarıyla yanaşı, ölkəmizdə "Qarabağ” və "Xəzər Lənkəran” kimi komandalarda çalışıb.

Ponomaryov 2000-2001-ci illərdə Azərbaycanın futbol üzrə əsas yığmasının da baş məşqçisi olub.

33521 oxunub

InvestAZ