XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Yuventus" Pirlonu göndərib, yerinə Alleqrini gətirdi
İdman 16:23 / 29.05.2021
İtaliyanın "Yuventus" komandasının baş məşqçisi Andrea Pirlo istefaya göndərilib. Buna komandanın ötən mövsümdəki uğursuz çıxışı səbəb olub. 42 yaşlı mütəxəssisi Turin klubunun sabiq baş məşqçisi
Massimiliano Alleqri əvəzləyib. 2 ildən sonra sabiq komandasına qayıdan italiyalı mütəxəssisin müqavilə müddəti açıqlanmasa da, yerli mətbuat Alleqrinin "qoca sinyora" ilə 2025-ci ilin yayınadək sözləşmə imzaladığını yazıb.
Qeyd edək ki, Andrea Pirlo ötən ilin avqustunda "Yuventus”la 2 illik müqavilə imzalamışdı. "Qoca sinyora" onun rəhbərliyi altında A Seriyasını 4-cü pillədə başa vurub.
Massimiliano Alleqri isə daha əvvəl 2014 -2019-cu illərdə "Yuventus"a başçılıq edib. Mütəxəssis bu komanda ilə 5 dəfə İtaliya A Seriyasının, 4 dəfə ölkə kubokunun, 2 dəfə isə Superkubokun qalibi olub.

36905 oxunub

InvestAZ