XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qrossmeysterimiz yenidən dünya çempionuna qarşı
İdman 14:40 / 29.05.2021
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The  FTX Crypto Cup"da bu gün yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

1/4 finalda niderlandlı Aniş Qirini mübarizədən kənarlaşdıran 34 yaşlı qrossmeyster finala gedən yolda Karlsenlə yenidən üz-üzə gələcək. Rəcəbov ilk oyun günündə 2:2 hesablı heç-heçəyə nail olub. Bu gün də eyni hesab qeydə alınsa, tay-brek oynanılacaq.

Digər yarımfinal görüşündə isə ABŞ təmsilçisi Uesli So İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə qarşılaşacaq.

Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.

Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

29004 oxunub

InvestAZ