XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bu gün Çempionlar Liqasının qalibi adına aydınlıq gələcək
İdman 12:08 / 29.05.2021
Bu gün UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün final matçı keçiriləcək. 66-cı dəfə keçirilən qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşündə iki ingilis klubu – "Mançester Siti” və "Çelsi” üz-üzə gələcəklər. Portu şəhərindəki "Draqao” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da

başlayacaq. Matçı ispaniyalı referi Antonio Miguel Mateu Lahoz idarə edəcək.

Bu matç son əlli ildə komandaların avrokuboklarda ilk qarşılaşmasıdır. Komandalar ilk dəfə bu turnirin 1970-1971-ci il mövsümündə (həmin dövrdə yarış UEFA Kuboklar Kuboku adlandırılırdı) yarımfinalında üz-üzə gəliblər. "Çelsi” hər iki oyunda minimal hesabla qalib gəlib.

Tomas Tuxelin yetirmələri qalib gələrsə, 2012-ci ildən sonra ikinci dəfə UEFA Çempionlar Liqasının kubokunu başları üzərinə qaldıracaqlar. "Mançester Siti” isə qalib gələcəyi təqdirdə bu turnirin çempionu adını qazanmış 23-cü klub olacaq.

"Şəhərlilər” ilk final həyəcanını 1969-1970-ci il mövsümündə yaşayıblar. Komanda həlledici görüşdə Polşanın "Qornik Zabrze” klubunu 2:1 hesabı ilə məğlub edərək qalib adını qazanıb.

"Çelsi” indiyədək iki dəfə - 2008-ci və 2012-ci illərdə UEFA Çempionlar Liqasının finalında çıxış edib. Hər iki oyunda da qalib 11 metrlik cərimə zərbələri seriyası nəticəsində müəyyənləşib. Birinci final görüşündə "Mançester Yunayted”ə uduzan (1:1, pen. 5:6) "Çelsi” dörd il sonra "Bavariya”nı (1:1, pen. 4:3) məğlub edərək ilk çempionluğunu yaşayıb.

Bu matç, həmçinin 2000-ci ildən etibarən eyni ölkənin klubları arasında oynanılan səkkizinci final matçıdır. Belə

ki, Çempionlar Liqasının tarixində eyni ölkənin komandaları ilk dəfə 2000-ci ildə qarşılaşıb. Həmin görüşdə "Real Madrid” komandası "Valensiya”nın qapısından üç cavabsız top keçirmişdi. "Kral klubu” daha sonra iki dəfə - 2014-cü və 2016-cı illərdə finalda "Atletiko Madrid”ə qalib gəlib. 2003-cü ildə "Milan” komandası "Yuventus”u, 2008-ci ildə "Mançester Yunayted” klubu "Çelsi”ni, beş il sonra "Bavariya” komandası "Borussiya Dortmund”u məğlubiyyətə uğradaraq çempion adını qazanıblar. 2019-cu ildə isə "Liverpul” finalda "Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək çempion olmuşdu.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının final qarşılaşmasının İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılsa da, COVID-19 pandemiyası ilə əlaqədar görüşün Portuda oynanılması qərara alınıb. Pandemiya ilə əlaqədar stadionun tamaşaçı tutumunun 33 faizi – 16,5 min azarkeş görüşü arenadan izləmək imkanına sahib olacaq. Komandaların hər birinin azarkeşləri üçün 6 min bilet nəzərdə tutulub.

28965 oxunub

InvestAZ