XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Paytaxtımız Formula üzrə Azərbaycan Qran-Prisinə hazırlaşır
İdman 10:33 / 29.05.2021
İyunun 4-6-da Bakıda təşkil olunacaq 5-ci Formula 1 Qran-Prisinə hazırlıq işləri çərçivəsində İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində müvəqqəti inşa olunmuş yerüstü piyada keçidinin hər iki dayaq tərəfinə mayın 29-da saat 07:00-da liftin quraşdırılmasına başlanacaq.

"Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən verilən məlumata görə, liftlərdən biri Azərbaycan prospektinə düşdüyü üçün həmin yolun bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sürücülərdən xahiş olunur ki, qeyd olunan hissədə bu gecədən etibarən avtomobillərini parklamasınlar.

34664 oxunub

InvestAZ