XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Yeniyetmə pəhləvanlarımız Avropa çempionatına hazırlaşırlar
İdman 18:11 / 30.05.2021
İyunun 14-dən 20-dək Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, qitə birinciliyində hər 3 güləş növü üzrə millilərimiz ölkəmizi təmsil edəcək.

Yığmalarımız məsul yarışa Bakıda hazırlaşır. Sərbəst güləşçilər böyük məşqçi Əsgərxan Novruzov, qızlar isə böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi ilə Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçirlər. Yunan-Roma güləşi üzrə müvafiq komandamız isə Tofiq Bəhramov adına Respublika Stadionunun güləş zalında böyük məşqçi Taleh İsrafilovun tapşırıqlarını icra edir.

Qeyd edək ki, analoji yarış sonuncu dəfə 2019-cu ildə İtaliyanın Faenza şəhərində keçirilib. Həmin Avropa çempionatında güləşçilərimiz uğurlu çıxış edərək 4 qızıl, 3 gümüş, 8 bürünc olmaqla, ümumilikdə 15 medal qazanıblar.

44868 oxunub

InvestAZ