XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Superliqada qalan klublara qarşı intizam işi açıldı
İdman 14:27 / 26.05.2021
UEFA İspaniyanın "Real Madrid" və "Barselona", eləcə də İtaliyanın "Yuventus" klublarına qarşı intizam işi açıb. Belə bir qərar etika və intizam məsələləri üzrə inspektorların apardıqları araşdırmalardan sonra qəbul edilib. İş UEFA-nın normativ-hüquqi bazasının mümkün pozuntusu ilə əlaqədar qaldırılıb.
Qeyd edək ki, aprelin 19-da İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "Çelsi" və "Arsenal", İspaniyanın "Barselona", "Real Madrid" və "Atletiko", həmçinin İtaliyanın "Milan", "İnter" və "Yuventus" klubları Avropa Super Liqasının yaradıldığını açıqlayıblar.
Azarkeşlərin sərt etirazları, FIFA və UEFA-nın sanksiya hədələrindən sonra Superliqada "Real Madrid", "Barselona" və "Yuventus" qalıb. Mayın 7-də UEFA qalan 9 klubla barışıq elan edib və Superliqa ideyasına qayıdış müqabilində sanksiyalar siyahısını dərc edib.

29877 oxunub

InvestAZ