Tokio Olimpiadasında iştirak edəcək Azərbaycan idmançıları peyvənd olunacaq
İdman 11:26 / 23.05.2021
Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları peyvəndlənmə prosesinə cəlb olunacaq. Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qurumun rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, oronovirus infeksiyasına yoluxmayan bütün idmançılar vaksinasiya prosesinə cəlb olunacaqlar. Xəstəliyə yoluxan və orqanizmində anticisim yaranan atletlərə peyvənd vurulmasına ehtiyac yoxdur.
28308 oxunub