XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Sabah paytaxtımızda paracüdo üzrə Qran-Pri yarışına start veriləcək
İdman 18:24 / 24.05.2021
Sabah Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışına start veriləcək. 2 gün davam edəcək "IBSA Judo Grand-Prix Baku 2021”də 38 ölkədən 200 idmançı qüvvəsini sınayacaq. Yarış ilə bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 350 nəfər olacaq. Turnirdə kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsi üzrə 9 idmançı təmsil edəcək. Bunlar Orxan Qarayev (60 kq), Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyevdir (+100 kq).
Qadınların yarışında isə 6 çəki dərəcəsində 9 idmançımız - Şahanə Hacıyeva (48 kq), Səbinə Abdullayeva (52 kq), Bəsti Səfərova (52 kq), Afaq Sultanova (57 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq), Xatirə İsmiyeva (+70 kq) və Dürsədəf Kərimova (+70 kq) yarışacaqlar.
Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Braziliya, Yaponiya və Özbəkistan Bakı Qran-Prisinə ən böyük nümayəndə heyətləri ilə qatılacaqlar.

30423 oxunub

InvestAZ