XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Onlayn beynəlxalq yarışdan 11 medal
İdman 12:02 / 24.05.2021
Bədii gimnastika üzrə yığma komandamızın üzvləri Bolqarıstan Gimnastika Federasiyasının təşkil etdiyi bədii gimnastika üzrə onlayn turnirdə iştirak ediblər.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, sayca 3-cü olan bədii gimnastika üzrə "Prize of Julieta Shishmanova” turnirində ölkəmizi yığmamızın üzvləri Arzu Cəlilova, Nərminə Səmədova, Alina Məmmədova və Kamilla Seyidzadə təmsil edib.
Qızlarımız bu yarışdan 11 medal qazanıblar. Belə ki, böyüklər arasında çıxış edən Arzu top, halqa və gürzlərlə çıxışına görə 2-ci, çoxnövçülük nəticəsinə əsasən 3-cü yerdə qərarlaşıb. Onun Komanda yoldaşı Nərminə lentlə 3-cü olub, halqa ilə çıxışına görə isə 4-cü yerdə qərarlaşıb.
Gənclər yaş qrupunda iştirak etmiş Kamilla Seyidzadə tam bir medal dəstini əldə edib: topla çıxışına görə 1-ci, lentlə 2-ci və çoxnövçülükdə 3-cü yerdə qərarlaşıb. Onunla eyni yaş qrupunda yarışmış Alina isə həm çoxnövçülük, həm halqa, həm də gürzlərlə 2-ci olub.

41954 oxunub

InvestAZ