XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Atletiko” İspaniya çempionu oldu
İdman 23:48 / 22.05.2021

Mayın 22-də futbol üzrə İspaniya La Liqasının sonuncu - 38-ci turunun oyunlarına start verilib.

Çempionu həll edən turda turnir cədvəlinin lideri "Atletiko Madrid” səfərdə "Valyadolid” komandasının qonağı olub.

Görüş madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı "Valyadolid” 18-ci dəqiqədə Oskar Planonun sayəsində açsada, fasilədən sonra Madrid təmsilçisi ardıcıl iki dəfə fərqlənərək vacib qələbə qazanıb.

Paytaxt təmsilçilərinin heyətində Anxel Korrea və Luis Suares fərqləniblər.

Bu qələbə sayəsində "Atletiko Madrid” xal ehtiyatını 86-a çatdıraraq tarixində 11-ci dəfə İspaniya La Liqasının qalibi olub.

"Atletiko Madrid”in turnir cədvəlində əsas izləyicisi "Real Madrid” isə öz meydanında "Vilarreal” komandasını məğlub edib - 2:1. Bu qələbə "kral” klubunun çempion olmasına kifayət etməyib.

Bürünc medalla sahib olan "Barselona” da La Liqanın son turunu qələbə ilə başa vurub. Katalonlar səfərdə "Eibar”a qalib gəlib -0:1.


37529 oxunub

InvestAZ