XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Güləşçimiz Skopyedə qızıl medala sahib çıxdı
İdman 22:17 / 22.05.2021
Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Mübarizəyə 1/4 finaldan qoşulan Zaur Əliyev Rumıniyadan olan rəqibinə gücünü göstərərək yarımfinala yüksəlib. Rusiya pəhləvanıyla ağır mübarizə şəraitində keçən qarşılaşmadan da qalib ayrılan Əliyev adını finala yazdırıb. Zaur Əliyev həlledici görüşdə Türkiyə təmsilçisiylə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada əzmkar qələbə qazanan həmyerlimiz Avropa çempionu olub. Digər güləşçimiz Zaur Nuriyev debütdə Rumıniya güləşçisinə məğlub olub. Laçın Vəliyev ilk mərhələdə Polşadan olan rəqibini üstələyib. Ancaq daha sonra Rusiya güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün Laçın mayın 22-də təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Vəliyev Yunanıstan güləşçisinə qalib gəlsə, macar həmkarına uduzub. Sərxan Məmmədov ilk görüşdə Serbiya idmançısına minimal hesabla qalib gəlib. Ancaq daha sonra İsveçrə təmsilçisiylə bacarmayıb.

44142 oxunub

InvestAZ