XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



WAKO Prezidenti Bakıda işgüzar səfərdədir
İdman 18:19 / 21.05.2021
Mayın 20-də Milli Məclisin sədr müavini, Parlamentin Gənclər və İdman komitəsinin sədri Adil Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevin dəvətilə Bakıya işgüzar səfərə gələn Dünya Kikboksinq Federasiyasının (WAKO) prezidenti Roy Beyker ilə görüşüb.

Görüşdə həmçinin Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Şahin Seyidzadə, Milli Məclisinin sədr müavinin köməkçisi Bəhruz Müslümov, AKF-nin baş katibi və milli komandanın rəisi Sadıx Bağırov iştirak edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən Dünya Kikboksinq Federasiyasının prezidenti Roy Beyker Azərbaycan idmançılarının istər kikboksinq, istərsə də digər idman növlərində mütəmadi olaraq qazandıqları uğurların digər ölkələrə nümunə olduğunu bildirib.

O, kikboksinq idman növünün ölkəmizdə geniş yayılması və burada nüfuzlu idmançıların hazırlanması sahəsində görülən işləri, xüsusən pandemiyə dövründə AKF-nin prezidenti Orxan Əliyevin rəhbərliyi altında federasiyanın fəaliyyətini yüksək qiymətləndirib.

Görüşün sonunda Milli Məclisinin sədr müavini Adil Əliyev WAKO prezidenti Roy Beykerə simvolik hədiyyə təqdim edib, xatirə şəkilləri çəkilib.

42740 oxunub

InvestAZ