XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Klassiklərimiz bu gün Avropa çempionatında mübarizəyə başlayırlar
İdman 17:32 / 21.05.2021
Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Mayın 21-də qitə birinciliyində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Yunan-Roma güləşi üzrə yarışların birinci günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində idmançılar xalça üzərinə çıxacaqlar.
Milli komandamızın üzvlərindən Zaur Əliyev (55 kq) Denis Florin Mihay (Rumıniya), Zaur Nuriyev (63 kq) Aleksandru Trandafir (Rumıniya), Laçın Vəliyev (87 kq) Polşa təmsilçisi Şimon Şimonoviç, Sərxan Məmmədov (130 kq) isə serbiyalı Vladan Jivkoviç ilə qarşılaşacaqlar.
Qeyd edək ki, Avropa çempionatında yarışan sərbəst güləşçilərimizdən Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıblar.

43827 oxunub

InvestAZ