Formula 2 Bakıda
İdman 12:06 / 21.05.2021
"Bu yarışı keçirməyə nə qədər iddialı olsaq da,
pandemiya dönəmində əminliklə danışmaq mümkün deyil". Bu fikirləri Bakı
Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə Əlaqələr
Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva deyib. O bildirib ki, Azərbaycan
Qran-prisini mövsümün ən yaxşı yarışı kimi təşkil etməyə iddialıdırlar:
"Təşkilatçılar bütün tədbirləri görürlər ki, azarkeşlərə televiziya
vasitəsilə lazımi görüntüləri təqdim etsinlər. Yarış azarkeşsiz olsa da,
medianın fəaliyyəti artıb. Çünki Formula 1 sevərlər yarış barədə
onlardan məlumat alır. Hansısa yarışda yubanma və dayanma olsa belə,
Qran-pri 3 saata bitməlidir. Əvvəllər hansısa yarış 4 saatadək çəkib".
BŞH
rəsmisi Bakıda Formula 1lə yanaşı, Formula 2 yarışının da olacağını
diqqətə çatdırıb: "Bəzən Bakıdakı Qran-prilərdə bu olmurdu. Amma bu
mövsüm gerçəkləşəcək".
Nəcəf-Ağayeva bəzi Qran-prilərin ləğv
edilməsinə rəğmən, Azərbaycandakı yarışın təqvimdə yerini qorumasını
sevindirici hal adlandırıb.
O, Azərbaycan Qran-prisinin müddətinin
uzadılıb-uzadılmayacağına hələ aydınlıq gəlmədiyini söyləyib: "Hazırkı
müqavilə 2024-cü ildə bitəcək: "Formula -1 rəhbərliyi ilə münasibətlər
normal qaydadadır. Yeni sözləşmə barədə danışmaq tezdir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.
50657 oxunub