XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Honda da Ağdama getdi - FOTO
İdman 10:15 / 21.05.2021
Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və "Neftçi"nin yaponiyalı futbolçusu Keysuke Honda işğaldan azad olunan Ağdam şəhərinə səfər ediblər. Bu barədə özünün rəsmi sosial şəbəkə səhifəsində Canni de Byazi məlumat verib. Onlar Cümə məscidi, "İmarət" stadionunda olublar, şəhid Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət ediblər.
Yaponiyalı yarımmüdafiəçi sosial şəbəkə hesablarında səfərlə bağlı bunları yazıb: "Dünən Bakıda "Qarabağ”a qarşı oynadım. Əslində "Qarabağ" klubu ev oyunlarını indiki olduğum yerdə - Ağdamdakı "İmarət" stadionunda keçirməli idi. İnanıram ki, burada futbol yenidən doğulacaq".

31697 oxunub

InvestAZ