XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



3 karateçimiz Avropa çempionatının finalında
İdman 14:19 / 20.05.2021
Xorvatiyanın Poreç şəhərində karate üzrə Avropa çempionatı keçirilir.
Turnirdə iştirak edən Azərbaycanın üç karateçisi qitə çempionatının finalına yüksəlib. Təmsilçilərimizdən Pənah Abdullayev (-84 kq), Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) Avropa çempionatının finalına yüksəlib. İlkin döyüşlərdə Nikola Maloviç (Montenneqro), Meris Muhoviç (Bosniya və Herseqovina), ardınca isə Alvin Karaqini (Albaniya) və yarımfinalda Miçel Martinaya qalib gələn P. Abdullayev finalda Uğur Aktaşla (Türkiyə) qarşılaşacaq.
Finaladək Teodosiya Giamoki (Kipr), Alizee Agier (Fransa), Alisa Buçinger (Avstriya) yarımfinalda Ketrin Pedersona (Danimarka) qalib gələln İrina Zaretskanın isə həlledici görüşdə rəqibi Vasiliku Pnetsidu (Yunanıstan) olacaq.
Rafael Ağayev (-75 kq) isə dünən keçirilən görüşlərdən sonra finala vəsiqə qazanıb. Onun rəqibi Minskdəki II Avropa Oyunlarının finalında uduzduğu Stanislav Qoruna (Ukrayna) olacaq. Rafaelin 12-ci dəfə qitənin ən güclüsü olmaq imkanı var. Bu onun 14-cü Avropa çempionatının finalı olacaq.
Milli komandanın ağır çəkidə idmançısı Asiman Qurbanlı (+84 kq) isə Avropa çempionatının bürünc medalı uğrunda mübarizə aparacaq.
O, yarımfinalda hakimlərin səhfi üzündən serbiyalı Slobodan Biteviçə məğlub olub. Əvvəlki döyüşlərdə isə A.Qurbanlı Miçel Çorbalanı (Danimarka), eləcə də yüksək titullu rəqibləri Mehdi Filalini (Fransa) və Lardi Tayrron-Darneli (Niderland) 3:3 hesabı ilə məğlub edib. Qitə üçüncüsü olmaq üçün Asiman Qurbanlını Herolind Nişevçi (Kosova) ilə görüş gözləyir.
Roman Heydərov (fərdi kata) 3 dövrəni uğurla başa vuraraq bürünc medal görüşünə vəsiqə qazanıb. 3-cü yer uğurnda görüşdə onun rəqibi Mattio Busato olacaq.
Günün digər görüşlərində Neda Rezai (fərdi kata) yarışı birinci mərhələdə başa vurub. Fəridə Əliyeva (+68 kq) isə zədə aldığından çempionata qatılmayıb.
Avropa çempionatının ilk yarış günü Fəridə Abiyeva (-61 kq) təsəlliverici görüşlərə qatılsa da, mükafatçılar arasına düşə bilməyib.
Medallar uğrunda həlledici görüşlər 22 Mayda keçiriləcək.

47908 oxunub

InvestAZ