XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qrossmeysterlərimiz yeni sınaq qarşısında
İdman 15:14 / 18.05.2021
Mayın 23-də şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsi keçiriləcək. Yarışda Azərbaycanı iki şahmatçı - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər. Şahmatçılarımızla yanaşı, turnirdə Maqnus Karlsen, amerikalı qrosmeysterlər Fabiano Karuana, Hikaru Nakamura, Uesli So, Rusiya təmsilçiləri Yan Nepomnyaşi, Pyotr Svidler, Daniil Dubov, Aleksandr Qrişuk, çinli Liren Dinq, niderlandlı Aniş Qiri, fransalı Maksim Vaşye-Laqrav, FIDE təmsilçisi iranlı Alireza Firuzca, argentinalı Alan Piçot, ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar.
Qeyd edək ki, Ş.Məmmədyarov turnirin sonuncu mərhələsində L.Aronyanı məğlub edərək üçüncü yeri tutub. Turnirin qalibi isə M.Karlsen olub.
Xatirladaq ki, altıncı dəfə keçirilən yarışda T.Rəcəbov da yüksək nəticələrlə yadda qalıb. Belə ki, təmsilçimiz seriyanın ikinci - "Airthings Masters” turnirinin qalibi olub. O, üçüncü mərhələdə - "Opera Euro Rapid” turnirində üçüncü yeri tutub.

29671 oxunub

InvestAZ