XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



3x3 basketbol yarışları III Avropa Oyunlarının proqramına daxil edildi
İdman 13:22 / 16.05.2021
2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daha bir idman növü daxil edilib. Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytında yer alan xəbərə görə, Oyunlar çərçivəsində 3x3 basketbol yarışları da keçiriləcək.
Bu növ üzrə kişi və qadınların mübarizəsinə 16 komanda mübarizə aparacaq. Krakov və Malopolyedə ümumilikdə 128 basketbolçu iştirak edəcək.
Qeyd edək ki, 3x3 basketbol bu yarışa qədər Bakı 2015 I Avropa Oyunlarında və Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunların proqramında yer almışdı.
Hər iki yarışda kişilərin mübarizəsində qalib adını Rusiya komandası qazanmışdı. Qadınların mübarizəsində isə Bakıda Fransa yığması, Minskdə isə Estoniya millisi eyni uğuru əldə edib.
Qeyd edək ki, III Avropa Oyunlarının 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub.

20192 oxunub

InvestAZ