XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Avropa çempionatında iştirak edəcək karateçilərimiz müəyyənləşdi
İdman 14:21 / 14.05.2021
Azərbaycan karateçiləri mayın 19-23-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa çempionatı və parakarate çempionatında iştirak edəcəklər.
Yarışda federasiyanın prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 23 idmançıdan ibarət heyət mübarizə aparacaq.
Fərdi kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlı (+84 kq), həmçinin Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) tatamiyə çıxacaq.
Məşqçilər komanda yarışlarında Tural Ağalarzadə, Rafael Ağayev, Pənah Abdullayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Ayxan Mamayev və Turqut Həsənovdan ibarət heyətin mübarizə aparmasını məqbul sayıb.
Qadınların komanda heyətində isə Nuranə Əliyeva, İlahə Qasımova, İrina Zaretska və Fəridə Əliyevanın çıxışı nəzərdə tutulsa da, fərdi yarışların nəticəsinə əsasən onlardan birini Fəridə Abiyeva əvəz edə bilər.
Kata üzrə fərdi yarışlara Roman Heydərov və Neda Rezai, komanda çıxışlarına isə Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət qatılacaq.
Parakarate çempionatında Eldar Əhmədov, Sahib Əhədov, Ülvi Zeynallı, Lazım Allahverdiyev və Emiliya Mitilinova çıxış edəcəklər.
Tokio Olimpiadasına lisenziya xalları verən Avropa çempionatında 47 ölkədən 513 karateçi, parakarate çempionatında isə 15 yığmanın 49 idmançısı yarışacaq.
Qitə çempionatından əvvəl, mayın 18-də Avropa Karate Federasiyasının (EKF) növbəti Konqressi keçiriləcək. Yığıncaqda beynəlxlaq təşkilatın rəhbər orqanları və idaredici komitələrinə seçkilər olacaq. EKF İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov konqressə qatılmaqla, rəsmi vəzifələrə namizdələrdən biri kimi seçkilərdə iştirak edəcək.

39679 oxunub

InvestAZ