XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Pilot öz avtomobilini satır
İdman 17:28 / 12.05.2021
Formula 1-də çıxış edən "Mercedes" pilotu Valtteri Bottas özünün "Mercedes AMG GT" avtomobilini 190 min avroya satışa çıxarıb. Bu barədə finlandiyalı sürücünün özü şəxsi tvitter səhifəsində yazıb.
32 yaşlı idmançı bildirib ki, avtomobili Finlandiyada almaq mümkündür. Bottas maşınını alıcıya şəxsən təqdim edəcəyini və onunla kartinqdə gün keçirməyə hazır olduğunu vurğulayıb.
2018-ci il istehsalı olan avtomobil 522 at gücünə malik 4 litrlik V8 mühərriki ilə təchiz olunub.
Qeyd edək ki, Valtteri Bottas İspaniya Qran-prisindən sonra ümumi hesabda 47 xalla 3-cü yerdə gedir. Dörd mərhələdən sonra onun komanda yoldaşı Lüis Hemilton 94 xalla xalla 1-ci, "Red Bull" pilotu Maks Ferstappen isə 80 xalla 2-cidir.

16542 oxunub

InvestAZ