XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qrup hərəkətləri komandamızdan bürünc medal
İdman 15:22 / 09.05.2021
Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında bürünc medal qazanıb.
Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamızın 5 topla çıxışı 44 xalla qiymətləndirilib.
Yarışın qalibi Bolqarıstan komandası olub. Onların aktivində 45,600 xal var. İtaliya gimnastları 44,500 xalla yarışı ikinci pillədə başa vurublar.
Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan dünya kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.

34187 oxunub

InvestAZ