XƏBƏR LENTİ
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



İslam Həmrəyliyi İdman Federasiyasından
İdman 10:28 / 04.05.2021

(Həqiqətən də biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!)

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun ölümü barədə xəbəri dərin narahatlıq və kədər hissi ilə qarşıladıq (Allah rəhmət eləsin!).
Allahın iradəsinə tam inanaraq səmimi qəlbdən İslam Həmrəylik Oyunları Federasiyasının prezidenti, Şahzadə əlahəzrət Abdulaziz bin Turki AL-FAİSAL AL SAUD, habelə İdarə Heyətinin və Baş Katibliyin üzvləri adından hörmətli Azad Rəhimovun böyük itkisi ilə əlaqədar Azərbaycan xalqına və idman ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk.
Azad Rəhimov idman ictimaiyyətinə və İslam dünyasına qarşı çox müsbət və xoş münasibət bəsləyib. Yalnız Azərbaycanda deyil, həm də İslam dünyasında gənclərin və idmanın inkişafı məsələlərinə mümkün olan hər cür maddi dəstək və səy göstərirdi.
Bu böyük itki ilə əlaqədar özümüzü və İslam dünyamızı təsəlli edərkən ruhuna rəhm etməsi, cənnətdə əbədi yer nəsib etməsi, ailəsinə və dostlarına cəsarət və səbr verməsi üçün uca Allaha dua edirik.

Hörmətlə,
Mohammed S. AL-QARNAS
İslam Həmrəyliyi İdman Federasiyasının
baş katibi

26987 oxunub

InvestAZ