XƏBƏR LENTİ
17 May 2021
16 May 2021
15 May 2021
14 May 2021
13 May 2021
12 May 2021
11 May 2021
10 May 2021



Azərbaycan Voleybol Federasiyasının baş katibi CEV-in plenar iclasında iştirak edib
İdman 15:01 / 03.05.2021

Azərbaycan Voleybol Federasiyasının baş katibi, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov qurumun plenar iclasında iştirak edib. CEV-in İdarə Heyəti yeni tərkiblə ilin II toplantısını mayın 1-də İtalyanın

Verona şəhərində keçirib. İclasa CEV prezidenti Aleksandr Boriçiç rəhbərlik edib. O, çıxışı zamanı ötən ilin yazından dünyanı bürüyən koronavirus pandemiyasının idmana, o cümlədən voleybola olan mənfi təsirlərindən və onunla mübarizə yolundan, həmçinin gələcək üçün qarşıda duran planlardan danışıb.

CEV prezidenti 2021-ci ilin voleybolsevərlər üçün həyəcanlı bir il olduğunu qeyd edib. Aleksandr Boriçiç bildirib ki, Konfederasiyanı qarşıda Avropa çempionatı, çimərlik voleybolu üzrə qitə birinciliyi və Tokio-2020 Yay Olimpiya Oyunları kimi gərgin yarışlar gözləyir: "CEV və İdarə Heyətinin hər bir üzvü hər zaman voleybolun inkişafı üçün çalışıb və yenə də əlimizdən gələni etməliyik”.

Daha sonra CEV prezidenti və İdarə Heyətinin üzvləri mayın 1-də Verona şəhərində keçirilən qadınlar və kişilər arasında Çempionlar Liqasının final oyunlarını izləyiblər. Həlledici matçları qitə qurumunun rəsmiləri ilə birgə Beynəlxalq Voleybol Federasiyasının (FİVB) prezidenti Ari Qraça da canlı izləyib.

Qadınların yarışında "Konegliano” (İtaliya) "VakifBank”ı (Türkiyə), kişilərin yarışında isə ZAKSA (Polşa) "Trentino”nu (İtaliya) məğlub edərək Avropanın ən nüfuzlu klub turnirinin qalibi adına sahib olublar.


985 oxunub

InvestAZ